Əlamətlər
- Həzm sistemi: ishal, bəzən qəbizlik, köp, qarın ağrısı, çəki itkisi
- Həzm sistemindən kənar: dəmir çatışmazlığı anemiyası, sümük sıxlığının azalması, sonsuzluq, qaraciyər fermentlərinin yüksəlməsi, dəri səpgisi (herpetiform dermatit), yorğunluq, periferik neyropatiya
- Bir çox xəstədə əlamətlər yüngül və ya qeyri-tipik olur
Vacib qayda
Testlər bitənə qədər qlütensiz pəhrizə başlamayın. Əks halda nəticə yalançı mənfi ola bilər.
Müalicə və izləmə
Dietoloqun köməyi ilə qlütensiz pəhriz, çatışmayan vitamin və mineralların bərpası, müntəzəm nəzarət. Yulafın özündə qlüten yoxdur, amma çox vaxt digər taxıllarla çirklənir. Bu barədə həkim və dietoloqla məsləhətləşin.
Dr. Atayevanın təcrübəsi
- Ümumiləşdirilmiş hal: başqa səbəbdən stasionarda yatan xəstədə illərlə izah olunmayan anemiya, albumin azlığı, həzm şikayətləri və sonsuzluq olub. Qastroskopiya zamanı çölyak xəstəliyindən şübhələnilib, götürülən biopsiyalarla diaqnoz təsdiqlənib. Udqunma çətinliyinin səbəbi uzunmüddətli dəmir çatışmazlığına bağlı qida borusu halqası (Plummer-Vinson sindromu) olub. Qlütensiz pəhriz və vitamin dəstəyi təyin edilib.
- Çölyak mövzusunda videolar: ARB «Səhhətimiz» (2024), Medportal (2019).
Həkimin bu mövzuda videosu